"Qalatasraay"ın sabiq futbolçusu İstanbul klubunda - RƏSMİ

19:04 - 15 Yanvar 2026

Eyüpspor"dan ayrılan Kerem Demirbayın yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, Almaniya millisinin sabiq üzvü "Kasımpaşa"ya keçib. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Kerem Demirbay mövsümün əvvəlində "Qalatasaray"dan "Eyüpspor"a keçmişdi. Təcrübəli futbolçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti