"Atletiko" Culiano Simeonenin müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
Argentinalı vingerlə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Culiano Simeone "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğludur. Argentina millisinin üzvü olan 23 yaşlı futbolçu bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
