“Sumqayıt” 2025/26 mövsümünün ikinci yarısı üçün ilk futbolçu keçidini reallaşdırıb.
Sportal.az xəbər verir ki, "kimyaçılar" müqavilə ilə Ukraynanın “Polissya” klubuna məxsus yarımmüdafiəçi Emil Mustafayevi mövsümün sonuna qədər icarəyə götürüb.
Qeyd edək ki, “Oleksandriya” klubunun yetirməsi olan Emil Mustafayev karyerası boyunca “Çernomorets” və “Polissya” klublarının uğurları üçün çalışıb. 24 yaşlı yarımmüdafiəçi U-21 və “A” milli komandalarımızın da şərəfini qoruyub.
saytlarin hazirlanmasi
