"Qarabağ"ın futbolçusu Joni Montiel UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Nyukasl"la cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az ispaniyalı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:
- İlk oyundakı birinci hissədə çox uğursuz, bizə yaraşmayan şəkildə oynadıq. İkinci hissə birinci hissə ilə müqayisədə daha yaxşı idi. İkinci yarıda mübarizə apardığımzı kimi, kaş birinci hissədə oynayardıq. Amma bu yarışın səviyyəsi hər kəsə bəllidir. Artıq bu oyunu unutmalı və cavab görüşü haqda düşünməliyik. Bakıdakı ikinci hissədəki kimi oynasaq, cavab matçında yaxşı nəticə əldə edə bilərik
- "Qarabağ"ın Çempionlar Liqasındakı performansını necə dəyərləndirirsən?
- ÇL-in səviyyəsi məni təəccübləndirmədi. Hansısa oyunun asan keçdiyini xatırlamıram. Azərbaycanın böyük klubu olaraq, "Qarabağ"dan gözləntilər yüksəkdir. Bunun qarşılığını verməyə çalışacağıq.
- İspaniyada "Qarabağ"ın uğurları haqda nə düşünürlər?
- Bura gələndən bəri İspaniya mətbuatına bir neçə müsahibə vermişəm. Həmişə demişəm ki, burada olduğuma görə xoşbəxtəm. Komanda yoldaşlarım və mən ən yaxşısını etməyə çalışırıq. Burada dəyərlər də odur. Bizə bildirilir ki, komanda üçün əlinizdən gələni etməlisiz. Tələblər də odur.
saytlarin hazirlanmasi
