La Liqa klubu baş məşqçisi ilə yollarını ayırdı

19:58 - 24 Fevral 2026

İspaniya La Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Malyorka" Yaqoba Arrasate ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

47 yaşlı müütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Yaqoba Arrasate 2024-cü ilin yayında "Malyorka"nın baş məşqçisi vəzifəsində təyin olunmuşdu. Komanda La Liqada 25 turdan sonra 24 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xəbər xətti