"Real"ın müdafiəçisi Antonio Rudiger La Liqanın 26-cı turunda baş verən epizod barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, oyunun 26-cı dəqiqəsində "Xetafe"nin müdafiəçisi Diego Riko cinahdan topla irəliləyərkən Arda Güler ilə mübarizədə yerə yıxılıb. Epizoda sonradan qoşulan Rudiger isə yıxılarkən əvvəlcə sol dizi ilə rəqibin çiyninə, daha sonra çənəsinə toxunub. Hakim Alejandro Muniz həkimləri meydançaya dəvət etsə də, qayda pozuntusu qeydə almayıb.
Lakin "Technical Committee of Referees" (CTA) bu epizodda alman futbolçunun qırmızı vərəqə almalı olduğunu bildirib.
Rudiger isə belə deyib:
“Videotəkrarları gördüm və bu, həqiqətən də pis görünürdü. Amma oyunun özünə baxsanız... Mən onunla mübahisə etmək istəmirəm, amma onu öldürməyə çalışmamışdım. Bu təması şişirtməyə ehtiyac yoxdur, çünki əgər bunu qəsdən etsəydim, o ayağa qalxa bilməzdi. Halbuki o qaçmağa davam etdi.
Matçdan sonra onunla danışdım. Tək bir kadr bütün hekayəni izah etmir. Bu da qırmızı vərəqəlik epizod deyildi. Mən ona zərər vermək istəmirdim. Sərt oynamağı sevirəm, amma keçmədiyim sərhədlər var. Buna görə düşünürəm ki, bu bəyanatlar bir qədər şişirdilib. Buna çox da aludə olmaq lazım deyil.”
saytlarin hazirlanmasi
