Futbol üzrə Azərbaycan II Liqasında XVIII tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə "Şirvan" səfərdə "Ağstafa Gəncləri"nin qonağı olub. Matç meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, "Şirvan" 32 xalla 4-cü, "Ağstafa Gəncləri" isə 14 xalla 10-cu sırada yer alıb.
II Liqa, XVIII tur
"Ağstafa Gəncləri" - "Şirvan" 1:2
Qollar: E.Namazov, 90+1 - E.Xəlilov, 45+4, 90+2
