Karlo Ançelotti Braziliya millisinin mart toplanışına Neymarın daxil edilməməsi barədə şərh verib.
Sportal.az xəbər verir ki, "Santos"un hücumçusu Fransa və Xorvatiya milli komandaları ilə 26 və 31 mart tarixli yoldaşlıq oyunları üçün yekun heyətə daxil edilməyib.
Ançelotti bildirib:
“Əgər Neymar 100% formada olsa, o, Dünya Çempionatına gedə bilər. Niyə onu indi çağırmadım? Çünki o tam formada deyil, biz isə yalnız tam hazır oyunçulara ehtiyacımız var.
Neymar işini davam etdirməli, oynamağa, bacarıqlarını göstərməyə və yaxşı fiziki formaya sahib olmağa davam etməlidir,” – deyə məşqçi mətbuat konfransında vurğulayıb.
saytlarin hazirlanmasi
