Almaniya millisinin baş məşqçisi Julian Naqelsmann futbolçusu Lennart Karl barədə danışıb.
Sportal.az xəbər verir ki, "Bavariya"nın 18 yaşlı yarımmüdafiəçisi məşqçinin zənginə dərhal cavab verməyib, çünki həmin vaxt repetitor yanında olub. Naqelsmann onu ilk dəfə milliyə, İsveçrə və Qana ilə oyunlar üçün çağırıb.
“Karl repetitorda idi, buna görə dərhal cavab vermədi. Bu, hətta məni sevindirdi. Əgər o, dərhal telefonu açsaydı, mən onu danlayardım. Müəllimin dediyi, milli komandanın məşqçisinin dediyindən daha vacibdir,” – deyə Naqelsmann bildirib.
saytlarin hazirlanmasi
