"Mançester Siti"nin yarımmüdafiəçisi "Real" mümkün keçidi barədə fikirlərini bölüşüb.
Sportal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bir vaxtlar "Atletiko"da oynamasının onun "kral klubu"na transferinə mane olmadığını deyib:
"Atletiko"da çıxış etməyim "Real"da oynamağa mane olmur. Bu yolu keçən başqa futbolçular da olub. Birbaşa olmasa da, zamanla belə keçidlər baş verir. Dünyanın ən yaxşı klublarından imtina etmək olmaz. Yenidən İspaniyada, Madriddə, La Liqada oynamaq istərdimmi? Bəli, əlbəttə qayıtmaq istərdim. Müqaviləmin bitməsinə bir il qalıb, elə bir məqam gələcək ki, oturub hər şeyi müzakirə etməli olacağıq”.
Qeyd edək ki, "Mançester Siti" Rodrini 2019-cu ilin yayında "Atletiko"dan 70 milyon avroya transfer edib. 29 yaşlı dayaq yarımmüdafiəçisi cari mövsümdə "şəhərlilər"in heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi
