İspaniya la Liqasında 30-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Real" səfərdə "Malyorka"nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
30 turdan sonra 69 xal toplayan "Real" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Xallarını 31-ə yüksəldən "Malyorka" isə 17-ci yerdədir.
"Malyorka" - "Real" 2:1
Qollar: Manu Morlanes, 41, Vedat Muriki, 90+1 - Eder Militao, 88
