"Real"ın baş məşqçisi Alvaro Arbeloa UEFA Çempionlar Liqasından mübarizənin dayandırılmasından sonra komanda toplantısı keçirib.
Sportal.az xəbər verir ki, "Bavariya"ya qarşı 1/4 final məğlubiyyətindən (ümumi hesab 4:6) sonra keçirilən görüşdə Arbeloa futbolçuları mövsümün qalan hissəsində peşəkarlığı və maksimum fədakarlığı qorumağa çağırıb.
Məlumata görə, o, xüsusilə vurğulayıb ki, titul şansları azalsa da, komanda daxilində birlik və soyunub-geyinmə otağındakı atmosferin qorunması çox vacibdir.
Toplantıda kapitan Dani Karvahal da çıxış edərək məşqçinin fikirlərini dəstəkləyib və komanda yoldaşlarını son turlarda sona qədər mübarizə aparmağa çağırıb.
Növbəti oyunda "Real" "Alaves" ilə qarşılaşacaq. Bu oyun La Liqanın 33-cü turu çərçivəsində çərşənbə axşamı keçiriləcək.
saytlarin hazirlanmasi
