"Mançester Yunayted" Kobbi Meynunun müqaviləsinin müddətini artırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa artıq ingiltərəli yarımmüdafiəçi ilə razılıq əldə edib. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Klub Meynu ilə 5 illik yeni sözləşmə imzalayacaq. 21 yaşlı futbolçunun həftəlik maaşı 150 min funt-sterlinq təşkil edəcək.
Qeyd edək ki, Kobbi Meynu "Mançester Yunayted"in akademiyasının yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 3 qol ötürməsi edib.
saytlarin hazirlanmasi
