"Beşiktaş" yeni mövsüm üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Bayer"də çıxış edən Alexandro Qrimaldodur. Bu barədə jurnalist Saşa Tavolyeri məlumat yayıb.
"Beşiktaş" ispaniyalı sol cinah müdafiəçisi ilə şəxsi müqavilənin şərtlərində anlaşıb. Almaniya klubu 30 yaşlı futbolçu üçün 20 milyon avro tələb edir. "Ağ-qaralar" bu məbləği aşağı salmaq üçün danışıqlar aparmağı planlaşdırır.
Qeyd edək ki, Alexandro Qrimaldo 2023-cü ilin yayından "Beyer"də çıxış edir. İspaniya millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi
