"Barselona"nın Bastoniyə marağı var" - "İnter"in prezidenti

18:59 - 4 May 2026

"İnter"in prezidenti Cüzeppe Marotta müdafiəçi Alessandro Bastoni ətrafında yaranmış vəziyyətə münasibət bildirib.

Sportal.az xəbər verir ki, italiyalı futbolçuya Avropanın aparıcı klublarının maraq göstərdiyi qeyd olunur. Klub rəhbərinin sözlərinə görə, həqiqətən də 27 yaşlı mərkəz müdafiəçisinə maraq var:

"Barselona"nın Bastoniyə marağı var, bunu gizlətmirəm. Amma hələ ki konkret təklif yoxdur.Bastoni hazırda bizim oyunçumuzdur. O, komandada qalmaq istəyir. Biz də onu heyətdə saxlamaqdan məmnunuq".

Qeyd edək ki, Alessandro Bastoni cari mövsümdə "İnter"in heyətində bütün turnirlərdə meydana çıxdığı 38 rəsmi matçda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Xəbər xətti