Danimarka klubunun futbolçusu Avropa nəhənglərinin hədəfində

19:32 - 7 May 2026

"Norşellann"ın futbolçusu Prins Amoako Junior Avropanın böyük klublarının diqqət mərkəzinə düşüb.

Sportal.az xəbər verir ki, PSJ və "Mançester Yunayted" qanalı vingeri transfer etmək istəyir. Bu barədə "MyJoy" portalı məlumat yayıb.

Hər iki klub Amoako üçün yayda hərəkətə keçməyi planlaşdırır. "Arsenal", "Brayton", "Borussiya" və "Leyptsiq" də 19 yaşlı oyunçunun performansını yaxından izləyir.

Danimarka klubu gənc istedadın satışından təxminən 30-32 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Prins Amoako Junior 2025-ci ilin yayından "Norşellann"da çıxış edir. O, cari mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti