"Əl-Əhli"nin futbolçusu Frank Kesye karyerasını yenidən Avropada davam etdirə bilər.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində "Atletiko" maraqlıdır.
Madrid təmsilçisi Fil Dişi Sahilindən olan futbolçu üçün müqavilə irəli sürüb.
Onun “Əl-Əhli” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Frank karyerası ərzində “Stella Klub”(Fil Dişi Sahili), “Atalanta”, “Çezena”, “Milan”(hamısı İtaliya) və “Barselona”(İspaniya) klublarında oynayıb.
