"Neftçi"nin legioneri: "Bu komandaya 4-5 qol da vura bilərdik"

13:47 - 7 May 2026

"Neftçi"nin futbolçusu İmad Fərəc Misli Premyer Liqasının 30-cu turunda "Karvan-Yevlax" üzərində 3:0 hesablı qələbəsini Sportal.az saytına açıqlamasında şərh edib. 

"Ağ-qaralar"ın legioneri komandasının səfər qalibiyyəti barədə danışıb. Onun sözlərinə görə hesab daha böyük ola bilərmiş:

"Baş məşqçi bizi çətin oyunun gözlədiyini izah etmişdi. Rəqibimizi yaxşı təhlil etmişdik və buna uyğun hazırlaşmışdıq. “Karvan-Yevlax” sonuncu yerdə olsa da, Yevlaxda çətin olacağını bilirdik. İlk hissənin sonlarında qol vurmağı bacardım və oyun bir az da açıldı və hücum etməyimizi asanlaşdırdı. “Karvan-Yevlax”a 4-5 qol vura bilərdik, amma 3:0 bizim üçün yaxşı nəticədir. Üç xal qazanmaq və dördüncü yerə yüksəlmək vacib idi".

Mirbağırağa

Xəbər xətti