"Turan Tovuz"da 2 ayrılıq

20:58 - 20 İyun 2026

"Turan Tovuz" iki futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi yarımmüdafiəçi Tural Bayramlı və qapıçı Sergey Samok ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçunun klubla müqaviləsinin müddəti başa çatıb.

Qeyd edək ki, Samokla Bayramlı 2024-cü ilin yayından "Turan Tovuz"da çıxış edirdi.

Xəbər xətti