"Qarabağ" Avropa Liqası ilə vidalaşdı - YENİLƏNİB

00:49 - 31 İyul 2026

Bu gün “Qarabağ” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində ikinci oyununu keçirib.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşıb. Əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşan matçda penaltilər seriyasına üz tutulub. Burada daha dəqiq oynamağı bacaran ÇSKA növbəti mərhələyə yüksəlib.

Cütün qalibi olan ÇSKA üçüncü təsnifat mərhələsində "Şerif" – “Makkabi”(Tel-Əviv) duelinin qalibi (ilk oyun: 0:5) ilə qarşılaşacaq. "Qarabağ" isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə üz-üzə gələcək. 

22:00 ÇSKA (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan) 0:0 (Penaltilər seriyası: 5:4)

Vasil Levski stadionu, Sofiya
Baş hakim: Bram van Drieske (Belçika)
İlk oyun: 0:0
 

Xəbər xətti