UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Qarabağ" səfərdə Kiyev "Dinamo"sunun qonağı olub. Matç Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Bakıda baş tutacaq.
UEFA Konfrans Liqası, III təsnifat mərhələsi, ilk oyunlar
6 iyul
21:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" (Azərbaycan) 1:0
Qol: Ponomarenko, 10
Qırmızı vərəqə: Makretskis, 88 ("Qarabağ")
Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (hamısı Danimarka)
VAR: Yakob Karlsen (Danimarka)
AVAR: Yens Maye (Danimarka)
