Argentina millisinin üzvü "Bayer"ə keçir

20:58 - 6 Avqust 2026

"Marsel"in müdafiəçisi Fakundo Medina karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Bayer" argentinalı müdafiəçinin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bundesliqa klubu Medina üçün 23+2 milyon avro təzminat ödəyəcək. 27 yaşlı mərkəz müdafiəçisi "Bayer"lə 5 illik müqavilə imzalayaq.

Qeyd edək ki, Argentina millisinin üzvü olan Fakundo Medina 2025/26 mövsümündə "Marsel"in 34 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti