AFFA kənar şəxslərə görə "İmişli"ni cərimələdi

11:34 - 13 Oktyabr 2026

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası VII tur

09.10.2026-cı il tarixində Misli Premyer Liqasında VII turun “Araz-Naxçıvan”– “Kəpəz” oyununda hesab tablosu işləmədiyinə görə “Araz-Naxçıvan” komandası 2000 manat cərimə edilsin (maddə 74.1);

09.10.2026-cı il tarixində Misli Premyer Liqasında VII turun “Neftçi”– “Sabah” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);

09.10.2026-cı il tarixində Misli Premyer Liqasında VII turun “Neftçi”– “Sabah” oyununda “Sabah” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

11.10.2026-cı il tarixində Misli Premyer Liqasında VII turun “İmişli”– “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

Xəbər xətti