Kapitan La Liqa nəhəngindən xəbər gözləyir

18:58 - 14 Oktyabr 2026

"Mançester Yunayted"in kapitanı Brunu Fernandeş karyerasını "Barselona"da davam etdirə bilər.

Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi mümkün transferlə bağlı La Liqa nəhənginin düşərgəsindən xəbər gözləyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Fernandeşin gələcəyi ilə bağlı hələ yekun qərar verilməyib və klublar arasında hazırda heç bir razılaşma yoxdur. Eyni zamanda, "Yuventus", "Milan", "Atletiko" və "Qalatasaray" da vəziyyəti yaxından izləyir.

Qeyd edək ki, Brunu Fernandeş cari mövsümdə "Mançester Yunayted"in heyətində meydana çıxdığı 9 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 32 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi gələn ilin iyun ayının sonuna qədər qüvvədədir.

Xəbər xətti