“İmişli” PFK-da baş məşqçinin səlahiyyətlərinin müvəqqəti icrası köməkçi məşqçi Ervins Perkonsa həvalə olunub.
Sportal.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Latviyalı mütəxəssis müvəqqəti olaraq komandanın məşq prosesinə və oyunlara hazırlığına rəhbərlik edəcək.
Qeyd edək ki, "İmişli", baş məşqçi Fərid Namazovla yollarını ayırıb.
saytlarin hazirlanmasi
