Azərbaycan millisi Lənkəranda oynayacaq

14:47 - 15 Oktyabr 2026

Futzal üzrə Azərbaycan millisi tarixində ilk dəfə Lənkəran Olimpiya İdman Kompleksində rəsmi oyun keçirəcək.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, DÇ-2028-in əsas mərhələsinin 12-ci qrupunda yer alan komandamız noyabrın 5-də ev oyununa çıxacaq.

Çexiya yığması ilə görüşün ünvanı Lənkəran Olimpiya İdman Kompleksi olacaq və matç saat 17:00-da start götürəcək. 

İnanırıq ki, milli komandamızı bu dəfə Lənkəranda azarkeşlər coşqusu ilə dəstəkləyəcəklər. 

Qeyd edək ki, kompleks 2018-ci ildə istifadəyə verilib. İdman zalının azarkeş tutumu 788 nəfərlikdir.

Xəbər xətti