Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

18:45 - 5 Noyabr 2026

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Komo"nun yunanıstanlı hücumçusu Anastasios Douvikas həftənin ən yaxşısı seçilib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

27 yaşlı forvard azarkeşlər arasında keçirilən sorğuda Fabian Ruis (PSJ), Aleksey Batrakov ("Qalatasaray") və Kasper Yorgenseni qabaqlayıb.

Qeyd edək ki, Anastasios Douvikas "Komo"nun "Lans"ı səfərdə 9:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada 3 qol vurub.

Xəbər xətti