"Azərbaycanı Zəfər bayramı münasibətilə təbrik edirəm. Bərabərsəviyyəli oyun getdi. Matç planlaşdırdığımız kimi getmədi. Xüsusilə də, birinci hissə istədiyimiz kimi alınmadı. İkinci hissə daha yaxşı oynadıq. 100 faizli qol epizodumuz olmadı, amma şanslarımız var idi. Heç-heçə ədalətli nəticə oldu. İstədiyimiz bu deyildi. Futbolçuların performansından razıyam".
Sportal.az xəbər verir ki, bu sözləri "İmişli"nin məşqçisi Ervins Perkons deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsız. Bu oyun nə düşünürsüz? Yevlaxda rəqiblərin sizə qalib gələ bilməməsi nə ilə əlaqədardır?
- Düşünmürəm ki, mən gəldim və hər şey dəyişdi, artıq qalib gəlməyə başladıq. Məncə, hər şey oyunçuların meydanda qoyduğu performansdan asılıdır, motivasiyaları yüksəkdir. Bizim bunu oyunçulara borcludur, fanatlardan da çox şey asılıır. Onlara təşəkkür edirəm. Bəlkə də ola bilər ki, süni örtüklü meydança bəzi komandaları narahat edir. Onlar buna öyrəşməyiblər. Üstəlik, uzun yol qət edirlər. Ancaq düşünürəm ki, hər şey işləməkdən asılıdır.
Mirbağırağa
saytlarin hazirlanmasi
