"Qəbələ"nin zədəli futbolçuları komanda ilə məşqə çıxdı

Təlim-məşq toplanışının beşinci günü 

 

Avstriyanın Zalsburq bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" təlim-məşq prosesinin beşinci gününü bir məşqlə yekunlaşdırıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, günün birinci yarısında baş tutan məşqin ilk bölümündə futbolçular topsuz çalışmalar yerinə yetiriblər. Məşq müxtəlif məsafələrdən qapıya zərbələrlə yekunlaşıb.  Zədəsini sağaldan Rail Məlikov, Abdulvahid Afolabi və Yannik Kamanan komanda ilə birlikdə məşq edib.

Tarix: 22 İyul [11:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 İyul 2020
14  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio