Türkiyənin "Qalatasaray" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi gənc futbolçu Özgür Baran Aksakanın sözləşməsinin müddətini uzadıb. 19 yaşlı yarımmüdafiəçi 2026-cı ilin yayına kimi "sarı-qırmızılar"a məxsus olacaq.
Qeyd edək ki, Özgür Baran Aksaka "Qalatasaray"ın yetirməsidir. Gənc oyunçu əsas komandanın heyətində 3 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi