Türkiyənin "Fənərbaxça" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi İsmail Yüksekin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi 2027-ci ilədək "sarı-lacivərtlilər"ə məxsus olacaq.
Qeyd edək ki, "Fənərbaxça" İsmail Yükseki 2020-ci ilin yuyında "Gölcükspor"dan transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi