Türkiyənin "Trabzonspor" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, son ölkə çempionu müdafiəçi Bruno Pereslə yollarını ayırıb. Bu barədə Qara Dəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Braziliyalı futbolçunun 2024-cü ilin yayında başa çatmalı olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. "Bordo-mavilər" 33 yaşlı arxa xətt oyunçusuna təzminat ödəyəcək.
Qeyd edək ki, "Trabzonspor" Bruno Peresi 2021-ci ilin yayında "Roma"dan transfer etmişdi. Təcrübəli sağ cinah müdafiəçisi cari mövsümdə komandanın heyətində 11 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi