Türkiyə milli komandasının baş məşqçisi Ştefan Kunts istefaya göndəriləcək.
Sportal.az xəbər verir ki, bu barədə "Fanatik " nəşri məlumat yayıb. Yaxın günlərdə rəsmi açıqlamanın ediləcəyi bildirilir.
"Ay-ulduzlular"ı kimin çalışdıracağı da məlumadur. İddiaya görə, Türkiyə Futbol Federasiyası yığmanın baş məşqçisi postuna son olaraq "Trabzonspor"a rəhbərlik etmiş Abdullah Avcını gətirəcək.
Qeyd edək ki, Ştefan Kunts 2021-ci ilin sentyabr ayından Türkiyə seçməsinin baş məşqçisi postunu icra edir.
saytlarin hazirlanmasi