Türkiyə Superliqasının təmsilçisi "Giresunspor"un yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Hakan Keleş istefa verdikdən sonra bu post İrfan Buza tapşırılıb.
Adıçəkilən mütəxəssis son olaraq "Yeni Malatyaspor"u çalışdırıb.
"Giresunspor" 30 matçdan sonra 27 xalla 16-cı pillədədir.
saytlarin hazirlanmasi