Türkiyənin "Fənərbaxça" klubu baş məşqçi Jorje Jesusdan məmnun deyil.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı mütəxəssisin yayda başa çatmalı olan müqaviləsini uzatmayacaq. Bu barədə "Record" nəşri məlumat yayıb.
"Sarı-lacivərtlilər"in baş məşqçi postuna kimi gətirmək istədiyi də artıq bəllidir. "Fənərbaxça" rəhbərliyi hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Əl Əhli" klubunu çalışdıran Leonardo Jardimlə danışıq aparır.
saytlarin hazirlanmasi