Türkiyə kubokunda ikinci finalçının adı bəlli olub.
Sportal.az xəbər verir ki, "Ankaragücü" "Başakşəhər"i 90 dəqiqə ərzində 2:1 məğlub edib. Əlavə 30 dəqiqədə isə İstanbul təmsilçisi hesabı bərabərləşdirib. İlk oyunda "Başakşəhər" 1:0 qalib gəldiyindən finala vəsiqəni təmin ediblər. Komandanın finaldakı rəqibi "Fənərbaxça"dır.
Final görüşü iyunun 11-də İzmir Gürsəl Aksel Stadionunda baş tutacaq.
"Ankaragücü" - "Başakşəhər" 2:2
Qollar: Sou 11, Haciyovanis, 90 - S.Gürler 61, Keni, 109.
İlk oyun:0:1