"Torino"nun prezidenti Urbano Kayro "Marsel"in yarımmüdafiəçisi Ruslan Malinovskini transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, İtaliya mətbuatına danışan Turin klubunun rəhbəri ukraynalını ilə danışıq aparmadıqlarını söyləyib:
"Ruslan Malinovski haqqında şayiələrin haradan çıxdığını bilmirəm. Mən zəmanət verə bilərəm ki, o, bizim maraqlandığımız futbolçuların siyahısında deyil. Onun transferi ilə bağlı "Marsel"lə danışıqlar aparmamışıq".
30 yaşlı futbolçu 2023-cü ilin iyulunda “Atalanta”dan “Marsel”ə 10 milyon avro qarşılığında keçmişdi. Onun Fransa klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına kimi qüvvədədir.
saytlarin hazirlanmasi