Serbiya millisinin üzvü Azərbaycan çempionu ilə anlaşdı

10:17 - 14 Avqust 2023

UEFA Çempionlar Liqasında iştirak edəcək "Araz-Naxçıvan" transfer çalışmalarını davam etdirir.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu daha bir legionerin keçidini reallaşdırıb. Serbiya millisinin üzvü Lazar Milosavlyeviç qitəmiqyaslı yarışda təmsilçimizin formasını geyinəcək.

25 yaşlı futzalçının son klubu “Mouvaux Lille Metropole” (Fransa) olub.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç, Husniddin Nişonov və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.

Xəbər xətti