"Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin Belqradda “Partizan”a qarşı keçirəcəyi cavab oyunu (ilk oyun – 0:2) üçün planları müəyyənləşib.
Sportal.az xəbər verir ki, Masazır klubu avqustun 16-da saat 11:30-da çarter reysi ilə Serbiyaya uçacaq.
Matçdan dərhal sonra Murad Musayevin rəhbərlik etdiyi kollektiv yenidən Bakıya qayıdacaq.
"Partizan" - "Sabah" görüşü avqustun 17-də Belqraddakı "Raiko Mitiç" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
saytlarin hazirlanmasi