"Çelsi"nin qolkiperi Kepa Arrisabalaqa "Real"da oynayacaq.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 28 yaşlı qapıçı 2023/2024 mövsümün icarə əsasında İspaniya nəhənginin qapısını qoruyacaq.
"Kral klubu" əsas qapıçısı Tibo Kurtuanın sol diz ön çarpaz bağlarında yırtıq aşkarlanmasından və mövsümü başa vurmasından sonra qolkiper axtarışına çıxıb və dərhal Kepa üçün "Çelsi" ilə anlaşıb.
İspaniya millisinin də qapısını qoruyan Kepa 2022/23 mövsümündə “Çelsi”nin heyətində 39 matça çıxıb, 45 qol buraxıb, 12 dəfə qapısını toxunulmaz saxlayıb.
O, karyerası ərzində “Baskoniya”, “Ponferradina”, “Valyadolid”, “Atletik”(Bilbao) klublarından sonra 2018-ci ildə “Çelsi”yə keçib.
saytlarin hazirlanmasi