"Beşiktaş" "Liverpul"dan ayrılan Aleks-Oksleyd Çemberleni heyətinə qatıb.
Sportal.az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qara qartallar" yarımmüdafiəçi ilə iki illik müqavilə imzalayıb.
O, "Beşiktaş"da illik 2 milyon avro maaş alacaq.
Çemberlen karyerası ərzində "Sauthempton", "Arsenal"da oynayıb və 2012-2019-cu illərdə İngiltərə millisinin şərəfini qoruyub.
"Beşiktaş" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"ni ilk görüşdə 3:1 məğlub edib. Avqustun 17-də isə komandalar İstanbulda üz-üzə gələcək.
saytlarin hazirlanmasi