Tağızadə İspaniya klubunda növbəti matçını keçirdi

10:45 - 15 Avqust 2023

Azərbaycanlı qolkiper Eldar Tağızadə İspaniyanın "Luqo" klubunda növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, "Luqo B" "Kovadonqa" ilə yoldaşlıq oyununa çıxıb.

Bu görüşdə Tağızadənin komandası 3:2 hesabı ilə qalib gəlib.

Azərbaycanlı qolkiper meydana start heyətində çıxıb və hesab komandasının 3:0 xeyrinə olarkən, ikinci hissədə əvəzlənib.

Xəbər xətti