İsveçin "Yurqorden" klubunun baş məşqçisi Tomas Laqerlöf Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı haqda danışıb.
Sportal.az xəbər verir ki, "Fotbollskanalen"ə danışan 51 yaşlı mütəxəssis azərbaycanlı hücumçunun komandanın oyun stilinə uyğunlaşmasından söhbət açıb:
"Musa yetərincə çox oynayır. Konfrans Liqasının təsnifat mərhələsinin "Lütsern"lə oyununda (1:2) meydana start heyətində çıxmışdı. Ümid edirəm ki, o, yaxşı məşqlərini davam edəcək və biz onu gələcəkdə də meydanda görəcəyik. Musa bizim oyun üslubumuza uyğundurmu? Onunla komanda arasında temp fərqi hələ də var. Musanın bizə gəldiyi Azərbaycan çempionatı o qədər də yaxşı deyil. Halbuki, onun keçmiş komandası çox güclüdür, sadəcə digər klublar zəifdir. Belədə, hazırda ümumi tempi tutmaqla bağlı bir az problem var. Musaya uyğunlaşmaq üçün vaxt lazımdır".
saytlarin hazirlanmasi