"Fənərbaxça" Xorvatiya millisinin və "Dinamo"nun qapıçısı Dominik Livakoviçin keçidini həll edib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.
Livakoviç Avropa Liqasının "Fənərbaxça" - "Tvente" görüşündən öncə stadionda ictimaiyyətə təqdim edilib, azarkeşlərlə görüşüb.
28 yaşlı xorvat “Fənərbaxça”dan öncə “NK Zaqreb” və “Dinamo” klubların qapısını qoruyub.
saytlarin hazirlanmasi