"İnter"in istədiyi fransalı "Bavariya"da qalacaq

21:29 - 25 Avqust 2023

Tomas Tuxel Benjamin Pavardı “İnter”ə buraxmaq istəmir.

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "İnter"in fəal maraqlandığı fransalı futbolçu Münhen klubunda qala bilər.

Bunu Almaniya nəhənginin baş məşqçisi Tomas Tuxel istəyir.

Belə ki, onun istəyi ilə rəhbərlik Pavardı müqaviləsi başa çatana qədər klubda qalmağa razı salmağa çalışır. Pavardın “Bavariya” ilə müqaviləsi gələn yay başa çatacaq.

Xəbər xətti