"Sabah"ın yeni transferi Premyer Liqa matçlarında yerli statusu ilə oynayacaq

11:30 - 15 Sentyabr 2023

"Sabah"ın yeni transferi Ayaz Quliyev Azərbaycan Premyer Liqasında yerli statusu ilə oynayacaq.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçiyə Azərbaycan pasportu verilib.

Bir müddətdir ki, davam edən proses artıq başa çatıb. Məlumata görə, Quliyev daxili matçlarda məhz yerli statusu ilə oynayacaq. Onun Azərbaycan millisinə cəlb edilməsində də problem olmayacaq. Xatırladaq ki, Quliyev bundan əvvəlki klublarında Rusiya vətəndaşı kimi oynayıb.

26 yaşlı futbolçunun Masazır klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır.

Xəbər xətti