Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Tayfur Bingöl sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı orta xətt oyunçusu Super Liqanın 9-cu turunun "Qalatasaray"la matçında sol ayaq əzələsindən zədə alıb. Təcrübəli futbolçunun müalicəsinə başlanılıb.
Qeyd edək ki, Tayfur Bingöl cari mövsümdə "Beşiktaş"ın heyətində 4 Super Liqa matçında meydana çıxıb.
saytlarin hazirlanmasi