Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Davinson Sançes sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kolumbiyalı mərkəz müdafiəçisi Super Liqanın 14-cü turunun "Alanyaspor"la matçında (4:0) ayaq əzələsindən zədə alıb. 27 yaşlı futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Qalatasaray" Davinson Sançesi mövsümün əvvəlində "Tottenhem"dən transfer edib. Təcrübəli arxa xətt oyunçusu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi