Hakimi vuran klub prezidenti: "Məqsədim onun üzünə tüpürmək idi"

18:20 - 12 Dekabr 2023

Türkiyə Super Liqasının 15-ci turunun "Rizespor"la matçından sonra baş hakim Halil Umut Meleri yumruqla vuran "Ankaragücü" prezidenti Faruk Koca saxlanılıb.

Sportal.az xəbər verir ki, klub rəhbərinin yerli polisı verdiyi ifadə məlu olub. Koca hakimin üzünə tüpürmək istədiyini bildirib:

"Hakimin verdiyi yanlış qərarlar və təhrikedici davranışlara görə bu hadisə baş verdi. Mənim məqsədim hakimə sözlə etiraz etmək və üzünə tüpürmək idi. Bu zaman ona şillə vurdum. Vurduğum şillə qırığa səbəb ola bilməz. Şillədən 5-10 saniyə sonra Halil Umut Meler ayaq üstə dayandı, daha sonra özünü yerə atdı. Ürəyimdə problem olduğu üçün məni dərhal hadisə yerindən uzaqlaşdırdılar. Bundan başqa heç bir hadisə haqda məlumatım yoxdur. Deyəcəklərim bu qədərdir".

Xəbər xətti