Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi tiki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Serjio Oliveyra sıradan çıxıb. Bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı futbolçunun əzələsində yırtıq aşkarlanıb. Onun müalicəsinə başlanılıb. Yarımmüdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı müalicə prosesindən asılı olacaq.
Qeyd edək ki, "Qalatasaray" Serjio Oliveyranı 2022-ci ilin yayında "Portu"dan transfer edib. 31 yaşlı orta xətt oyunçusu cari mövsümdə "cim bom"un heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi